Tanınmış bloqer Hüseyn Həsənov Rusiyadan gedib.
Lent.az xəbər verir ki, bu barədə bloqer şəxsi "İnstagram" hesabında paylaşım edib.
Belə ki, o, maşına mindiyi yerdə video çəkərək bu şərhi yazıb:
"Bir neçə günlük atamın yanına gedirəm, sonra geri qayıdacam".
Qeyd edək ki, bəzi izləyiciləri Hüseyn Həsənovun Rusiyadan gedişini ölkədə elan olunan səfərbərliklə əlaqələndiriblər.