Hollivud ulduzundan ŞOK AÇIQLAMA:  "Burnunu yalamağa   məcbur etdi"
21 iyul 2023 13:39 (UTC +04:00)

Hollivud ulduzundan ŞOK AÇIQLAMA: "Burnunu yalamağa məcbur etdi"

Hollivudun ən gözəl aktrislarından biri Şarliz Teron çox maraqlı açıqlama verib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, aktrisa son müsahibəsində 20 yaşında başına gələn və ömür boyu unuda bilməyəcəyi sevgi macərasından danışıb.

“20 yaşımda çox bəyəndiyim bir kişi ilə görüşə çıxdım. Restoranda şam etdik. Sonra məni evimizə qədər ötürdü. Qapımızın önündə maşında məni öpdü. Mən də onu öpdüm. Və məndən burnunu öpməyimi istədi. Heyrətə düşdüm.

Bu günə qədər kiminsə burnunun öpülməyindən xoşlandığını eşitməmişdim. Amma onu çox bəyəndiyimdən xətrinə dəyməmək üçün burnundan öpdüm. O isə hirsləndi. Belə öpmə, dodaqdan öpürmüş kimi burnumu möhkəm öp və yala dedi.

Burnunu yalamağa məcbur etdi. O an hər şey bitdi və biz bir daha görüşmədik. Lakin 20 ildən artıq vaxt keçsə də, bunu unutmadım və yəqin heç vaxt unutmayacam”, - aktrisa bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3384
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar