Amerikalı aktyor və rejissor Şon Penn verdiyi müsahibədə maraqlı fikir səsləndirib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o, aldığı “Oskar” mükafatını əritdirib, güllə hazırlatmaq istədiyini deyib.
“Düşündüm ki, bu heykəlcik mənim nəyimə lazımdır. Ondansa əridim, güllə hazırladıb Ukrayna ordusuna göndərim. Rusiya-Ukrayna savaşında Ukraynanı dəstəkləyirəm. Bu güllələri hədiyyə olaraq, Zelenskiyə göndərmək istəyirdim”,- deyə 63 yaşlı aktyor qeyd edib.
Qeyd edək ki, Şon Penn Ukrayna müharibəsi haqqında sənədli film hazırlayır. O, konflikt başlayandan 3 dəfə Kiyevə səfərə gəlib.