Evliliyini qalmaqallı formada bitirən məşhur müğənni Hadisə yeni yaşını fərqli keçirib.
Lent.az xəbər verir ki, 37 yaşını qeyd etmək üçün dostları ilə bir araya gələn müğənni “Instagram” hesabında paylaşım edərək bu sözləri yazıb:
“Yaxşı ki, doğuldun – mən. Fenomen bir qadınam. Qeyri-adi bu qadın mənəm”.
O, hesabında doğum günündə ipli, krem rəngi şıx əlbisə geyinərək üçqatlı təmtəraqlı tortu ilə fotolarını paylaşıb. İfaçının bu fotolarına xeyli bəyənmə və reaksiya gəlib.
Qeyd edək ki, bu ilin sentyabr ayında rəsmi boşanan Hadisə və Mehmet cütlüyü 4 ay evil qalıb.