Rusiya estradasının kralı Filipp Kirkorov (O özünü bu adla təqdim edir) imicində radikal dəyişiklik etdirib.
Lent.az-ın xəbərinə görə, o uzun, qara saçlarını kəsdirərək, ağ rəngə boyadıb. Saqqalını uzadıb onu da ağ rəngə salan, eyni zamanda qaşlarının formasını dəyişən müğənnini ilk baxışda tanımaq imkansızdır. Sənətkar bu görünüşü ilə bolqar müğənni Azisə daha çox bənzəyir.
Filipp Kirkorov bu günlərdə çox baha qiymətə plastik əməliyyat edərək bədənindəki piyləri aldırmış və üzünü gəncləşdirmişdi.