Rəqqasə Fatimə Fətəliyeva uzun illər qalmaqal yaşadığı həmkarı Oksana Rəsulova ilə aralarında olan söz-söhbətə son qoyub.
Lent.az-ın məlumatına görə, Fatimə "Space" televiziyasında aparıcılıq etdiyi “Hər səhər” verilişinə Oksananı dəvət edərək, aralarında olan küsülülüyə son qoyduğunu bildirib: “Çox heyfislənirəm ki, bu xanımla aramızda söz-söhbətlər olub. Amma bütün bunlar cavanlıq səhvidir. Keçmişdə qalsın. Artıq mehriban olaq. Oksana Azərbaycanın adını ölkədən kənarda da layiqincə təmsil edib. Anam, ailəm Oksanın pərəstişkarıdır. Ona görə də bütün söz-söhbətlər artıq geridə qaldı”.
Fatimənin sözlərindən sonra Oksana “Allah analara can sağlığı versin. Doğru söylədin ki, bütün söz-söhbətlər keçmişdə qaldı. Bu pandemiyadan sonra insan həyata başqa prizmadan baxır. Ona görə də mehriban olmaq lazımdır”, - sözlərini əlavə edib.
Qeyd edək ki, “Hər səhər” verilişinin informasiya dəstəkçisi Lent.az-dır.