Bir müddət öncə özündən 40 yaş kiçik sevgilisi Gülseren Ceylan ilə ayrılan Mehmet Eli Erbil qatıldığı şou proqramların birində bildirib ki, keçmiş nişanlısı ondan aldığı 10 000 dollarlıq nişan üzüyünü geri qaytarmayıb.
“Məni hədsiz sayda hədiyyə istəkləri ilə bezdirmişdi. Amma ayrıldıqdan sonra “qürurlu qadınam ondan heç nə almadım” deyib. Halbuki brilliant qaşlı 10 000 dollarlıq üzüyü geri istəsəm də, vermədi”, deyə Erbil bildirib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu məsələnin müzakirə olunduğu şou proqramların birinə qonaq kimi qatılan müğənni Fatih Ürek Erbilə tövsiyə verib.
“Onu sevirəm, amma gərək bu kim söhbətlərlə efirə çıxıb özünü gözdən salmasın. Buna gərək yoxdur”,- deyə Fatih Ürək bildirib.