Xalq artisti Faiq Ağayev peyvənd olunub. Lent.az-ın məlumatına görə, müğənni bu barədə sosial şəbəkədəki səhifəsində yazıb. O, bildirib ki, yanvarın 21-də 1-ci dozanın tətbiq edildiyini, 2-ci doza üçün yenidən həkimlərə üz tutacaq:
“Uşaq bağçaları, məktəblər, ali təhsil ocaqları açıldıqca, ümid yaranır ki, tez bir zamanda digər məhdudiyyətlər də aradan qaldırılacaq. Bu dəfəsində hər şey artıq özümüzdən asılıdır. Arzumuza çatmaq, səhhətimizi qorumaq üçün peyvənd olunmaq gərəkdir. Yaxın günlərdə “Sinovac”ın 2-ci dozasını etdirmək üçün yenə də həkimlərə üz tutacağam. Bununla həm özümü, həm də ətrafdakıları yoluxmadan qoruyacağam. Siz də özünüz, sevdikləriniz, xalqımızın ümumi sağlam gələcəyi naminə canınızın qədrinə qalın, lütfən. Peyvənd olunub, salamat yaşayın, əzizlərim!”.