"Əziyyətlə böyümüşəm”  - Elçin Cəlilovun qızı
22 iyul 2024 14:21 (UTC +04:00)

"Əziyyətlə böyümüşəm” - Elçin Cəlilovun qızı

Mərhum xanəndə Elçin Cəlilovun qızı Şəlalə Vəliyeva ilk dəfə efirə çıxıb və atası barədə danışıb. 

 Lent.az xəbər verir ki, o atasına həsr edilən “O üz” verilişində  çətinliklə böyüdüyünü bildirib.

“14 yaşımda atamı itirdim, qəfil getməyi mənə çox pis təsir etdi. Atam dünyasını dəyişən gündən ta gənc yaşlarına kimi çox çətinliklərdən keçdim. Çox boşluqlar oldu. Mən əzab-əziyyətlə böyümüşəm. Onun sənətə gətirdikləri, sənət aləmindən çox dostları olub, amma o dünyasını dəyişəndən sonra onlar atamı axtarmadılar.  Sənət dostlarından heç kim məzarı üstə  gəlmədi, bizi axtarmadı”,- deyə Şəlalə bildirib.

 Qeyd edək ki, xanəndə 2005-ci il mayın 10-da 37 yaşında vəfat edib. Onun ölümünə narkotik maddələrdən istifadə səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5208
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar