"Evə pul gətirməsəm, analığım mənə çörək vermirdi " - Afaq Bəşirqızı
03 avqust 2024 12:35 (UTC +04:00)

"Evə pul gətirməsəm, analığım mənə çörək vermirdi" - Afaq Bəşirqızı

Xalq artisti Afaq Bəşirqızı daimi münsifi olduğu "Şən gənc" verilişində həyatı ilə bağlı maraqlı açıqlama verib.

Lent.az-ın xəbərinə görə, aktrisa 17 yaşında çörək zavodunda işləməyə məcbur olduğunu bildirib.

"1972-ci ilin sonlarında ailədəki vəziyyətlə əlaqədar çörək zavodunda işləyirdim. Pul gətirməsəydim, analığım mənə çörək vermirdi.

Böyük bir maşın idi. Bel ilə un tökürsən. Bu yanda da şirə. Vedrə ilə onu tökmək lazımdır. Yerə dağılsa, maaşından kəsəcəklər. Sonra hazır pryanikləri həmin taxta bellə götürüb stolun üstünə tökürsən. 70 yaşıma az qalıb. O vaxtdan pryanik yemirəm”,- deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 27501
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar