Ermənistan təmsilçisi transseksual qadınların  gözəllik müsabiqəsində: İlk DƏFƏ
16 sentyabr 2024 12:14 (UTC +04:00)

Ermənistan təmsilçisi transseksual qadınların gözəllik müsabiqəsində: İlk DƏFƏ

Ermənistan təmsilçisi ilk dəfə transseksual qadınlar arasında keçirilən “Miss Star İnternational” gözəllik müsabiqəsində iştirak edəcək

Lent.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu il müsabiqədə Ermənistanı transseksual Diana Xzroyan təmsil edəcək.

“Həyatımda çox böyük bir hadisə baş verdi ki, bu, bəlkə də ən böyük arzum idi. İlk dəfə Ermənistan 2024-cü ilin dekabrında Braziliyanın San-Paulu şəhərində keçiriləcək “Miss Star International” gözəllik müsabiqəsində iştirak edəcək və mən ölkəmizi böyük şərəflə təmsil edəcəyəm.

Bu məsuliyyəti öz üzərimə götürdüyüm üçün çox xoşbəxtəm və fəxr edirəm. Çünki bu, təkcə rəqabət deyil, həm də belə geniş platformadan ayrı-seçkiliyə və bərabərsizliyə qarşı səsinizi ucaltmaq imkanıdır. Müsabiqədə mütləq iştirak etmək üçün dəstəyinizə ehtiyacım var”, - Diana Facebook səhifəsində yazıb.
Miss Star International (əvvəllər Miss Trans Star International) transgender qadınlar üçün gözəllik müsabiqəsidir. İlk dəfə 2007-ci ildə Madriddə keçirilib. Qalib tac və pul mükafatı alır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1626
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar