Baş rollarında Nurgül Yeşilçay, Selim Bayraktar, Rabia Soytürk, Emre Kıvılcım və Bennu Yıldırımların yer aldığı “Veda mektubu” serialı hər bölümüylə tamaşaçılara bir az daha gərgin anlar yaşadır.
Lent.az-ın xəbərinə görə, serialın dünən axşam yayımlanan bölümündə Mehmet və Aslının birlikdə xoşbəxt olmalarına dözə bilməyən Hatice bir məktub yazaraq intihara təşəbbüs edir. Lakin həyatını qurtarmaq mümkün olur. Səhər Haticənin intiharına gəlininin səbəb olduğunu düşünür.
Alanur qızını alaraq xəstəxanadan ayrılır. O qızının intiqamını almaq üçün planlar qurur.
Bu bölümdə əriylə Alanurun gizlicə görüdüyünü bilən Səhər Alanurun qarşısına çıxıb onu sorğulamağa çalışır. Alanur evinə gəlmiş Səhəri çoxdan gözələyir və ona ağır bir sürpriz hazırlayıb.
Yeni bölümdə bizləri nələr gözləyir? Bunu bilmək üçün 1 həftə gözləmək lazım gələcək.