2015-ci ildə azərbaycan əsilli model Çağla Şikellə boşanan musiqiçi və aktyor Emre Altuğ dünən oğlu Kuzey ilə tennis oynayıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, müğənni çıxışda jurnalistlərlə ayaqüstü söhbət edib
“Qalib gəlmək üçün çox çalışdınız?” sualına cavab verərkən “bu mənim üçün sadəcə oyun idi, oynadım bitdi. Kuzey üzülə bilər. O, anasına oxşayır. Çox əzmkardır, istədiyi alınmasa, dünyanı dağıdır. Kuzey anasına oxşayıb”, - müğənni bildirib.
