Xalq artisti Emin Ağalarov öz sosial şəbəkə hesabında nənəsi Tamara Fyodorovna ilə görüntülərini paylaşaraq, "Mənim ən yaxşı nənəm" şərhini yazıb.
Lent.az-ın xəbərinə görə, Tamara Fyodorovna Emin Ağalarovun təşkil etdiyi musiqi festivalına qonaq gəlib və jurnalistlərə nəvəsi ilə bağlı maraqlı bir xatirəsini danışıb.
O, Eminin elə uşaqlıqdan qurub-yaratmağa həvəsli olduğunu vurğulayıb.
"Mən onu bağçadan tez götürəndə inciyirdi. Sən demə hamı gedəndən sonra Emin oradakı plasmas daşlardan evlər tikirmiş. Bir dəfə evə gəldi və qaş-qabağını salladı. Mən ondan niyə küsdüyünü soruşdum. Cavab verdi ki, sən məni bağçadan tez götürdün. O, inanılmaz gözəl uşaq idi" deyə, Tamara Fyodorovna bildirib.