Dünən sosial şəbəkələrdə qoluna vurulan iynələrlə birlikdə şəkil paylaşan Əməkdar artist Sevda Ələkbərzadə səhhəti ilə bağlı açıqlama yayıb.
Lent.az-ın xəbərinə görə, müğənni onun xəstələndiyini düşünüb həyəcanlanan tamaşaçılarını sakitləşdirmək üçün öz "Instagram" səhifəsində paylaşım edib.
"Mənə heç nə olmayıb, sadəcə sistem qoşdurmuşdum. Ara-sıra hamımız bunu edirik. Qandakı göstəricilərim bir az aşağıdır. Bu qədər...
Bu arada məni nə qədər çox istədiyinizi bildim. Xəstəxanada olmamışam. Evdəyəm, sağlamam, şükür Allaha, hər kəsə sevgilər".