Əməkdar artist Nigar Şabanova sosial şəbəkə vasitəsilə qonşusunu hədələyib.
Lent.az-ın məlumatına görə, müğənni gecələr qonşunun itinin səsindən ciddi narahat olduğunu bildirib. O, Hacı adlandırdığı qonşusuna belə müraciət edib:
"Hacı, polisə, məhkəməyə müraciət etsəm, deyəcəklər ki, qonşuluğu pozdu. 10 gündür sənə deyirəm ki, iti kənara bağla, evə sal, yanında yatızdır. Sənə xeyri yoxdur, düz pəncərəmin altına bağlayırsan. Səhərə kimi hürür.
Mədəniyyətin, insanlığın olsun. Bu, bağ evidir, gecə saat 12 oldu, səs gəlməməlidir. 10 gündür gecə yuxusu nədir bilmirəm. Qonşunun beləsini Allah heç kimə qismət etməsin".