Əməkdar artist gündə birinə ərə gedib  qızıl yığır?   - AÇIQLAMA
19 iyul 2023 14:23 (UTC +04:00)

Əməkdar artist gündə birinə ərə gedib qızıl yığır? - AÇIQLAMA

Əməkdar artist Nigar Şabanovanın sosial şəbəkə hesabında paylaşdığı bahalı üzük şəkli müxtəlif suallara səbəb olub. İzləyiciləri onun yenidən ərə getməyə hazırlaşdığını düşünüblər.

Lent.az-ın məlumatına görə, müğənni yayılan şaiyələri aradan qaldırmaq üçün açıqlama verməli olub.

"Növbəti dəfə elə bir səhv etmək fikrim yoxdur. Şərhlərdə yazıblar ki, hər il birinə ərə gedib qızıl yığır. Şükür Allaha, Nigarın evində olan qızıllar heç kimdə yoxdur. Halal zəhmətimlə qazanmışam. Allah sizə də o qədər qızıl qismət etsin ki, başqalarına baxmayasınız. Üzüyün, sadəcə modelini bəyənib paylaşdım. Heç bir şey yoxdur. Şükür ki, yoxdur. Bir də elə səhvə yol vermərəm"

Qeyd edək ki, Nigar Şabanova tez-tez sosial şəbəkə hesabından haqqında müxtəlif söz- söhbətlər yaradacaq paylaşımlar  edir. O sanki özü belə sualların doğulmasını arzu edir. Müğənni xanımın paylaşımları sadə şəkillərdən çox, hansısa gizlin bir bəyə mesaja daha çox bənzəyir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 63534
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar