Əməkdar artist Nigar Şabanova dünən yenidən plastik əməliyyat etdirib.
Lent.az-a keçirdiyi əməliyyat barədə məlumat verən xanəndə əslində bu dəfəki əməliyyatın korreksiya xarakteri daşıdığını bildirib.
“Ötən il etdirdiyim liposaksiyadan sonra bədənimdə dəri sallanmaları olmuşdu. Ona görə, abdominoplastika etdirib artıq, sallanan dəriləri kəsdirdim. Hər şeyin ideal səviyyədə olmasını istədim”,- deyə o qeyd edib.
Müğənni hələ də xəstəxanada olsa da, özünü yaxşı hiss edir. Müğənni buna qədər burun, yanaq, dodaq, qaş və üz çevrəsinə estetik prosedurlarla əl gəzdirib.