Əməkdar artist Ədalət Şükürov sosial şəbəkə hesabında etdiyi paylaşımla diqqət çəkib.
Lent.az xəbər verir ki, hazırda Moskvada olan sənətçi, instaqram səhifəsində səyahəti ilə bağlı bir neçə foto paylaşıb. Paylaşdığı son iki fotoda əlində məşhur brendlərdən olan “Frecce Tricolori” çantasını tutduğu görüntülənib.
Kiçik bir araşdırma nəticəsində məlum oldu ki, Ədalət Şükürov bu balaca çantaya 350 manat pul xərcləyib. Necə deyərlər həm ziyarət, həm ticarət.