Elza Seyidcahan: Şeirlərim  atalar sözünə   çevrilib
12 iyul 2023 15:29 (UTC +04:00)

Elza Seyidcahan: Şeirlərim atalar sözünə çevrilib

Əməkdar artist Elza Seyidcahan maraqlı açıqlamaları ilə yenidən diqqəti öz üzərinə çəkib. 

Lent.az-ın xəbərinə görə, bəstəkar-müğənni Yazıçılar Birliyinə üzv olduğuna görə paxıllıqla üzləşdiyini, şeirlərinin çox oxunduğunu və el arasında sitata çevrildiyini bildirib.

 “Azərbaycan Yazıçılar Birliyinə üzv olduğum üçün məni çox qısqanırlar. Elzanın bir kitabında bütün şeirlər əzbər bilinir, uşaqdan böyük şairlərə qədər o sitatlarlarla danışırlar, mənim “Tikim sizin ağzınızı” sözündən istifadə edirlər. Başqa söz tapmırsınız? Bir-birinizlə “tikim sizin ağzınızı” sözü ilə danışırsız. Artıq bu kəlməm atalar sözünə çevrilib”, - o bildirib

Elza xanım onun Yazıçılar Birliyinə üzv olmasına etiraz olaraq birliyi tərk edən şair Mürvət Qədimoğlu Həkəri barədə də danışıb. 

“Mənim üzv olduğuma görə Azərbaycan Yazıçılar Birliyindən çıxmaq istəyən şairi maşın vurub, xəstəxanadadır. Tövbə etmir ki, Elza Seyidcahana qarşı haqsızlıq etmişəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3891
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar