Dünyanın ən hündür atı haqqında maraqlı faktlar
09 sentyabr 2024 13:00 (UTC +04:00)

Dünyanın ən hündür atı haqqında maraqlı faktlar

 İnsanlar kimi atların da rekordsmenləri var.

 Lent.az-ın xəbərinə görə, Ginnesin Rekordlar Kitabında  dünyanın ən hündür atı kimi Böyük Cekin adı qeyd edilib Atın adı kitaba 2011-ci ildə daxil edilib.
Təəssüf ki, onun gücünü indi yalnız fotoşəkillərdən qiymətləndirmək olar.

O,  ABŞ-ın Viskonsin ştatında, Poynette şəhərində “Smoky Hollow” fermasında yaşayırdı.Sahibi Cerri Gilbert üçün at dünya rekordçusundan çox , onun ailəsinin bir üzvü idi.

Doğulanda Brabançon cinsinə aid olan Böyük Cekin çəkisi demək olar ki, 109 kq idi. Yetkin yaşa çatanda çəkisi təxminən bir ton, boyu 210,19 sm  idi. Əlbəttə ki, belə bir heyvanın saxlanması  asan deyildi. At hər gün iki böyük vedrə taxıl və bir saman bağlaması yeyirdi.

Maraqlı odur ki, Böyük Cekin valideynləri orta ölçülü adi atlar idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1296
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar