Dünya şöhrətli müğənni Teylor Sviftin şəxsi mühafizəçisi HƏMAS terror təşkilatına qarşı döyüşmək üçün İsrail hərbiçilərinə qoşulub.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Sviftin yəhudi əsilli mühafizəçisi Hen Mazzinq ABŞ vətəndaşı idi, o İsraildə müharibə başladığını eşidən kimi digər soydaşlarına qoşulub terrorçularla mübarizə üçün Qüdsə uçub. Qeyd edək ki, məlumatda 140 min amerikalı yəhudinin vətəninə dəstək vermək üçün İsrailə getdiyi deyilir.
O, öz sosial şəbəkə hesabında hərbi geyimdə şəklini paylaşıb. Müğənni İsrail- Fələstin münaqişəsi ilə bağlı heç bir şərh verməyib.