Dünya şöhrətli aktrisa və müğənni  vəfat etdi
12 iyun 2024 15:13 (UTC +04:00)

Dünya şöhrətli aktrisa və müğənni vəfat etdi

Əfsanəvi fransız müğənnisi və aktrisası, pop mədəniyyət ikonu Fransuaza Hardi 80 yaşında dünyasını dəyişib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o son 20 ildə qan xərçəngi xəstəliyi ilə mübarizə aparıb.

Kədərli xəbəri ifaçının oğlu, müğənni Tomas Dutronc yayıb.

2015-ci ildə vəziyyəti pisləşdikdən sonra Ardi müvəqqəti olaraq komaya salınmışdı. O vaxtdan bəri nəfəs almaqda, yemək yeməkdə problem yaşayırdı və çətinliklə danışırdı.

2021-ci ildə Fransuaza Fransada evtanaziyanın tətbiqini - həyatın qəsdən tez və ağrısız şəkildə dayandırılmasını müdafiə edib. O  çıxışalrından birində “evtanaziya qadağası mənim ölkəmin qanunlarını qeyri-insani edir”, - demişdi.

 2023-cü ildə müğənni bir daha oxuya bilməyəcəyini açıqlamışdı.

"Mən daim tənəffüs problemi ilə üzləşirəm və boğuluram, hətta sonsuz burun qanamaları da var, ölməkdən qorxmuram, amma əzab çəkməkdən çox qorxuram.

2023-cü ildə Amerikanın “Rolling Stone” jurnalı onu bütün zamanların 200 ən böyük müğənnisindən biri elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4455
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar