"Dubayda məni Cennifer Lopezlə səhv saldılar" – “Bir dəfə uzaqlarda”
28 dekabr 2020 14:00 (UTC +04:00)

"Dubayda məni Cennifer Lopezlə səhv saldılar" – “Bir dəfə uzaqlarda”

Xarici səfərlər təkcə həmin ölkənin mədəniyyəti, tarixi ilə illərlə yaddaşımızda qalmır. İstər rəsmi səfərlər, istərsə də istirahət məqsədilə gedilən ölkələrdə hər birimiz unuda bilməyəcəyimiz maraqlı hadisələrlə qarşılaşırıq.

Lent.az  “Bir dəfə uzaqlarda”  adlı rubrikada tanınmış şəxslərin səyahət zamanı rastlaşdıqları maraqlı hadisələri təqdim edir. Rubrikanın bugünkü qonağı müğənni Nura Suridir.

 

Həyat yoldaşı xarici vətəndaş olduğundan uzun illər müxtəlif ölkələrdə yaşayan müğənni Nura Suri fərqli, maraqlı hadisələrlə qarşılaşıb.

***

 

 

- Həyat yoldaşımla tez-tez yada salıb güldüyümüz bir hadisəni danışmaq istəyirəm. Bir dəfə onunla Dubayda İtalyan restoranına getmişdik. Ofisiant özünü itirib, mənə xüsusi qulluq edir, şəkil çəkdirmək istəyir. Nəhayət, oğlan yaxınlaşıb Cennifer Lopez olub-olmadığımı soruşdu. Təbii ki, Cennifer  olmadığımı dedim. O vaxt saçlarımın rəngi onun saçının rəngi ilə eyni idi. Bədən və üz quruluşu da çox bənzəyirdi deyə oxşarlıq vardı. 

***

 

- Oğlum Londonda təhsil aldığı üçün tez-tez ora gedirdim. Onunla restorana getdik. Restoran çox yüksək mərtəbədə yerləşdiyi üçün liftdən istifadə etməli olduq. Bizimlə bərabər bir xarici kişi də mindi. Oğlum mənimlə söhbət edir və söhbət əsnasında mənə “mama, mama” deyir. Kişi mənə və oğluma baxıb deyir ki, mama nə deməkdir? Oğlum cavabında deyir ki, anamdı: “ Biz də anaya müraciətdi”. Kişi təəccüblə, “necə yəni anadır, siz mənimlə zarafat edirsiniz? Bu yəqin sənin sevgilindi” dedi. Mən də oğluma dəstək üçün təsdiqləyirəm ki, həqiqətən də o mənim oğlumdu. Soruşur ki, sizin neçə yaşınız var ki, bu sizin oğlunuzdu?

Bir xanım olaraq bu cür reaksiyaları görmək xoş idi. Bu gün mənə kimsə kompliment deyəndə bunun səmimiyyətinə o qədər də inanmıram. Düşünürəm ki, məşhuram deyə, deyirlər. Amma başqa ölkədə, tanımadığın insanlardan bu cür sözlər eşitmək çox xoş təsir bağışlayır. 

 

***

- Həyat yoldaşımın dostlarının dəvəti ilə Amerikadan Fransaya qonaq gəldik. Onun  dostları, həyat yoldaşları fransızdılar. Həmin vaxtlar orada yeni modelyerlər, onların kolleksiyaları dəbdə idi. Onu da ancaq fransızlar bilir ki, bu cür modelyerlər var. Söhbət əsnasında bir modelyerdən danışdılar. Həmin modeli tanıdığım, geyimlər aldığımı, hətta əynimdəki kofta da həmin onun əl işi olduğunu dedim. Onlar şoka düşdülər ki, siz bunu haradan bilirsiniz. Mayamidə məşhur ticarət mərkəzindən aldığımı dedim. Hamısı şokda idi ki, artıq xəbərdaram və hətta həmin kolleksiyadan geyinmişəm.

Bu cür xoş ifadələri və reaksiyaları görəndə həyat yoldaşımın yanında özümü çox güvənli hiss edirdim.

# 3966
avatar

Nigar Adil

Oxşar yazılar