Aparıcı Dilarə Əliyeva efirdə diqqət çəkən fikirlər söyləyib.
Lent.az xəbər verir ki, o, zəngin olmaq arzusundan söhbət açıb:
"Bilirsiniz nə istəyirəm? Pulum çox olsun, sayıb qurtara bilməyim. Pulumu saymaq üçün pulla adam tutum. O da məndən xəbərsiz getsin pulla adam tutsun, pulumu saymaq üçün. Əyləşim, deyim ki, "pul əl çirkidir". Bax, bunu yaşamaq istəyirəm.
İstəyirəm belə olum. Kainata mesajlar göndərirəm. Qoy, desinlər ki, Dilarənin pulu olandan sonra gözü ayağının altını görmür. Heç kimi tanımır, "forslu" olub və s. Arxamca belə danışsınlar".
Qeyd edək ki, aktrisa Dilarə Əliyeva televiziya prodüsseri Oqtay Əliyevlə evlidir, iki qızları var.