Demet və Oğuzhan AYRILDI?  - Evi tərk etdi...
17 mart 2023 13:43 (UTC +04:00)

Demet və Oğuzhan AYRILDI? - Evi tərk etdi...

Ötən ilin avqustunda evlənən türkiyəli sənətçilər Demet Özdemir və Oğuzhan Koçun ayrıldığı iddia olunur.

Lent.az xəbər verir ki, aktrisa Demet Özdemirin evi tərk etdiyi maqazin gündəmini zəbt edib.

Cütlüyün ayrılmasına səbəb isə doğum günü məclisinin olduğu güman olunur.

Belə ki, Türkiyədə baş verən dəhşətli zəlzələyə görə fevralın 26-ı ad gününü keçirmək istəməyən Demetə dostları sürpriz edib. Məlumatlara əsasən, aktrisanın dostunun evində qurulan kiçik məclis Oğuzhanı əsəbiləşdirib və onlar mübahisə ediblər.

Demet əri ilə evə geri qayıtmaq əvəzinə rəfiqəsi Saadet Özsırkıntının evinə gedib. Arvadının yoxluğuna dayana bilməyən O.Koç çiçək dəstəsi ilə həyat yoldaşının yanına gedib və cütlük barışıb. 

Lakin bu səadət bir neçə günlük olub və onlar yenə dalaşıblar. Son məlumatlara əsasən isə Demet Özdemir evi tərk edib.

# 2493
avatar

Nigar Namiq

Oxşar yazılar