Demensiya xəstəliyindən əziyyət çəkən Hollivud ulduzu, aktyor Bryus Uillis keçmiş arvadı Demi Muru daha tanımır.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, keçmiş ərinə baş çəkən Demi Mur onun xəstəliyinin bu həddə ağırlaşmasından xəbərsiz olduğunu deyib.
Demi Mur Uillisin onu tanımaması səbəbi ilə çox üzüldüyünü bildirib.
Bryus Uillis ətrafındakı hər kəslə mehriban olmağa çalışsa da, demək olar ki, heç kimi tanımır.
Onun hərəkətlərində və danışığında da müəyyən məhdudiyyətlər yaranıb.