Məşhur aktrisa, aparıcı və model Defne Samyelinin 26 yaşlı qızı Deren Talunun sevgilisi tərəfindən möhkəm döyüldüyü barədə xəbərlər yayılıb.
Lent.az-ın xəbərinə görə, bu iddialara cavab olaraq Deren Talu bildirib ki, o döyülməyib, sadəcə sevgilisi Baran Tınazdan dostcasına ayrılmaq qərarına gəlib.
Deren Talu orta və ali təhsilini Los- Ancelesdə alıb. Hazırda model kimi Türkiyədə fəaliyyət göstərir.