Cinsiyyət dəyişdirən aktrisadan şok açıqlamalar
13 iyun 2023 12:17 (UTC +04:00)

Cinsiyyət dəyişdirən aktrisadan şok açıqlamalar

0

2020-ci ilə qədər hamının Ellen Paq kimi tanıdığı aktrisa indi Eliot Paq olaraq ekranlara çıxır. 3 il öncə kişiyə çevrilən aktyor şəxsi həyatı barədə kitab çap etdirib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o, özünü uşaqlıqdan qız kimi hiss etmədiyini, buna görə də bütün qızlara nifrət etdiyini deyib.

36 yaşlı Eliot Paq 16 yaşı olarkən bir oğlanla intim əlaqəyə girmək istəsə də bunun uğursuz nəticələnməsindən, bir dəfə isə məşhur aktyorlardan biri tərəfindən təcavüzə uğramasından yazıb.

“O kişi indi məşhur aktyor və rejissordur. Mənə dedi ki, sən əslində homoseksual deyilsən, sadəcə kişilərdən qorxursan. Bunu sənə sübut edəcəyəm. Təcavüz etdi. Polisə şikayət etmədim. Bu da bir təcrübə oldu”,- deyə kanadalı aktyor qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4007

Oxşar yazılar