Cennifer Lopez Las-Veqasdakı konserti zamanı onun açıq-saçıq geyimlərini tənqid edənlərə heç bir şans qoymayıb.
Lent.az xaric mediaya istinadla xəbər verir ki, cəsarətli çıxışı zamanı Cennifer “yaşına uyğun geyinməyi” tövsiyə edənlərə də münasibət bildirib. O qeyd edib ki, bu tənqidlərin əsl səbəbi onun fiqurasına olan paxıllıqdır. “Bu, çox gülməlidir, bəzən insanların dediklərinə sadəcə gülürəm. Məsələn: “Niyə o, fotolarda həmişə gülümsəyir?” və ya “Niyə yaşına uyğun geyinmir?” mən isə düşünürəm ki, əgər sizin də belə bədəniniz olsaydı, istədiyinizi geyinərdiniz!” deyə Lopez gülərək bildirib.

Şounun əvvəlində Cennifer səhnəyə çəhrayı rəngli, cəsarətli krujevalı korset-bodi ilə çıxıb. O, bu geyimi torlu kolqotka və bağcıqlı uzun çəkmələrlə tamamlayıb. Daha sonra müğənni yaşıl rəngdə, parlaq və kəsik detallı bodi geyinib və bu obrazda səhnəyə çıxarılıb.

Axşam ərzində o, bir neçə dəfə geyimini dəyişib: şəffaf detalları, qanadları və iri yaxalığı olan qara krujevalı kostyum, ardınca parlaq silindr şlyapalı bədənə kip “taksido-bodi”, finalda isə dərin dekolteli, uzun əlcəklər və xəz örtüklə tamamlanan bənövşəyi parlaq geyim nümayiş etdirib.



