Cennifer Lopez və Ben Afflekin uşaqları iş başında  -  Ailəni qorumağa çalışırlar
11 iyul 2024 16:12 (UTC +04:00)

Cennifer Lopez və Ben Afflekin uşaqları iş başında - Ailəni qorumağa çalışırlar

Cennifer Lopez və Ben Afflekin övladları  cütlüyün nikahını xilas etməyə çalışırlar.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Lopez və Afflek son bir neçə aydır ki, ayrı yaşayırlar. Əvvəllər birlikdə çox vaxt keçirən uşaqları da əvvəlkindən daha az görüşürlər. Cütlük birlikdə 5 uşağa hamilik edir. Onlardan üçü Benin, ikisi Lopezin uşaqlarıdır.

 Uşaqlar Cennifer və Beni barışdırmaq üçün  səy göstərirlər. Uşaqlar iyulun 24-də müğənninin 55 illik yubileyinə qədər Ben və Cenniferi barışdıracaqlarına ümid edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2490
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar