Bakı Ağır Cinayətlər Məhkəməsində Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədova ilə qeyri-rəsmi nikahda olan Türkiyə vətəndaşı Kemal Mustafa İbilinin məhkəmə zalında həbs edilərək, 6 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Lent.az-ın məlumatına görə, o bu qərardan narazıdır və Apelyasiya Məhkəməsinə müraciət edəcək. Bu haqda onun vəkili Nurala Quliyeva məlumat verib.
“Məhkəmə prosesi hələ bitməyib. Biz müdafiə tərəfi olaraq ittiham hökmü ilə razılaşmadıq. Qanunla nəzərdə tutulub ki, 20 gün ərzində Bakı Apellyasiya Məhkəməsinə müraciət oluna bilər. Biz də bunu edəcəyik. Bir çox nüanslarda təsdiqlənib ki, pulun birbaşa Cavanşir Məmmədova verilməsi şübhə altındadır. Yuxari instansiyalarda müzakirə olunacaq, nə qərar veriləcək bilmirik. Narazı qaldığımız məsələlər mübahisələndiriləcək. Mən son mərhələdə qoşulmuşam. Cavanşir Məmmədov "qalibəm" deyə bilməz. Biz natamam qalan məsələləri aydınlaşdıracağıq".
Qeyd edək ki, Kemal Mustafa İblinin Cavanşir Məmmədovdan 13 000 manat və 126 500 dollar aldığı və geri qaytarmadığı iddia olunub. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.