Cavanşir Məmmədov Lalə Azərtaşdan GİLEYLƏNDİ:  "Niyə şər atırsan?"
02 avqust 2023 11:42 (UTC +04:00)

Cavanşir Məmmədov Lalə Azərtaşdan GİLEYLƏNDİ: "Niyə şər atırsan?"

“Deyirsən ki, Cavanşir Məmmədovun kürəkənidir. Nikah kağızı var? Niyə şər atırsan? Belə olmaz...”

Lent.az-ın xəbərinə görə, bu fikirləri Əməkdar artist Cavanşir Məmmədov teleproqramlardan birində səsləndirib.

“Lalə Azərtaş, deyirsən ki, mən verilişin hakimiyəm. Hakim məhkəmədə, idman sahəsində olur. Aparıcı deməlidir ki, mən hakiməm?”-  o bildirib.

Cavanşir Məmmədov keçmiş kürəkəni Mustafa İbili ilə yaşadığı qalmaqallı məhkəmədən söz açıb.

"Deyirsən ki, Kemal Mustafa İbilini iş adamıdır. Nəyə əsaslanıb iş adamı kimi təqdim edirsən?! Qanuna tabe olan adamam. Bilməliyəm ki, 8 ay Bakı şəhər Baş Polis İdarəsində istintaq işi gedib. Dörd ay da məhkəmə prosesi davam edib. Bilmirəm, hansı maddədən söhbət gedir? Deyir ki, hardan bildi? Bunu bilməməliyəm? Şikayətçi mənəm, necə bilməyim".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4515
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar