İştirak etdiyi qalada jurnalistlərin suallarını cavablandıran Duyğu Sarışın keçmiş sevgilisi Çağatay Ulusoyla bağlı sualı eşidəndə qəfil müsahibəni bitirib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Duyğu Sarışın ilə Çağatay Ulusoy arasında 6 ildir ki, küskün barışıq davam edən münasibət bir müddət əvvəl bitib.
Sarışın ötən gecə "Oreqon" filminin qala gecəsində görüntülənib. Sualları cavablandıran aktrisa filmi “Şirin bir dövr işi” kimi şərh edib. Yeni layihələri ilə bağlı suala isə o, “Bizim müzakirə etdiyimiz bir neçə layihə var. Teatr görüşlərim var, görək” deyib.
Duyğu Sarışından ayrıldığı sevgilisi Çağatay Ulusoyla bağlı da suallar verilib. Özündən 14 yaş böyük Ece Sükanla görüşməyə başladığı iddia edilən Çağatay Ulusoyun adını eşidən sarışın panikaya düşüb, müsahibəni "Sağ olun" deyərək bitirib və sürətli addımlarla uzaqlaşıb.