“Burnumu üç həkim bu hala salıb. Birinci dəfə əməliyyat etdirəndən sonra nəfəs ala bilmədim. İkinci əməliyyatım da uğursuz alındı. Həkim burnumu pis günə qoydu. Üçüncü dəfə də səhvləri düzəltmək üçün yenidən əməliyyat olundum. Heç zaman ucuz qiymətə əməliyyat olunmamışam. Burnumu ölkəmizin “ən bərk gedən” həkimləri edib”.
Lent.az-ın xəbərinə görə, bu sözləri müğənni Mənzurə Musayeva teleproqramlardan birində səsləndirib.
O, burnunu əməliyyat etdirdiyi üçün peşmanlıq hiss etdiyini, lakin üzgərmə əməliyyatına girəcəyini bildirib.