“Mənim kimi çox konsert verən ikinci bir müğənni yoxdur”. Lent.az-ın məlumatına görə, bu sözləri Əməkdar artist Baloğlan Əşrəfov deyib. O, bildirib ki, konsert verməkdə onun rəqibi yoxdur:
“O vaxt Şuşa kinoteatrı deyilən yer var idi. AzTV-nin orda bir verilişi var idi. Həmin verilişdə 10 dəfə mən konsert vermişəm. Ayda 3 dəfə konsertim olardı. Bir çox saraylarda səhnə almışam. Şükürlər olsun ki, bütün kağızlarım qalıb, baxsınlar. Məndən çox konsert verən müğənni olsa, mikrofonu yerə qoyub, sənətdən gedəcəm”.