Bülent Ersoyu təqlid etmək müğənni Gülşənə baha başa gəlib
01 iyun 2022 21:06 (UTC +04:00)

Bülent Ersoyu təqlid etmək müğənni Gülşənə baha başa gəlib

Bülənti hələ belə təqlid etməmişdilər - "Çox gülməlidir?"

Türkiyənin divası Bülent Ersoyu təqlid etmək müğənni Gülşənə baha başa gəlib.

Lent.az xəbər verir ki, sosial şəbəkədə əlil arabasında video paylaşan Gülşən həmkarı Bülent Ersoyu da işarələyərək təqlid edib.

Bu isə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. 

İfaçının ünvanına "Əylənmək üçün əlil arabasını seçmək, onda oturmaq məcburiyyətində qalanlar üçün xəyal qırıqlığıdır. Ümid edirəm, bir gün həqiqətən orada əyləşmək məcburiyyətində olmazsan", "Bülent Ersoy sağlamlıq problemlərinə görə ayaqüstə dayana bilmirsə, bunu ələ salmaq heç də xoş deyil", "Bir gün həmin əlil arabasına möhtac qalsan, onda da belə gülməli olacaqsan, görəsən?", "Çox gülməlidir?" və s. bu kimi şərhlər yazılıb.

Türkiyənin divası Bülent Ersoy və müğənni Gülşen 

Bülent Ersoyu təqlid etmək müğənni Gülşənə baha başa gəlib

# 3504
avatar

Nigar Namiq

Oxşar yazılar