Türkiyənin super ulduzu Ajda Pekkanın paylaşımı müzakirələrə səbəb olub.
Lent.az xəbər verir ki, sənətçi sosial şəbəkədə Çeşme Bələdiyyə sədri Muammer Ekrem Oran ilə birgə tədbirlərin birində çəkdirdiyi şəklini paylaşıb.
İş orasındadır ki, onun effektsiz və fotoşopsuz halı sosial şəbəkə istifadəçilərinin təəccübünə səbəb olub. Həmişə ampluasında, həyat tərzi ilə diqqət çəkən Ajda şəkillərini fotoşopsuz paylaşmasa da, bu fotonu paylaşması gündəm olub.
Qeyd edək ki, güclü qadın fiquru yaratmağa çalışdığı mahnıları ilə türk pop musiqisinin tanınmış simalarından biri olan Ajda Pekkanın 76 yaşı var.