Dünya şöhrətli müğənni Britni Spirsin keçmiş əri Ceyson Aleksand həbs olunub.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o Britnini izlədiyinə görə saxlanılıb. Ceysona bundan öncə də dəfələrlə müğənnini izləməmək barədə xəbərdarlıq edilib.
Ceyson Britni Sem Asqari ilə evlənərkən müğənninin şəxsi mülkünə zorla soxulduğuna görə də saxlanılmış,128 sutka müddətinə azadlıqdan məhrum edilmişdi.
İndi onu 3 ilə qədər həbs gözləyir.