Amerikalı ulduz müğənni Britni Spirs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə, polis tərəfindən saxlanılıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, polis müğənnini 1140 dollar cərimə edib.
41 yaşlı müğənni saxlanılarkən polisə nə sürücülük vəsiqəsi, nə də sığorta sənədlərini təqdim etməyib. Buna görə qanunauyğun şəkildə cərimələnib.