Britni Spirs həyat və yaradıcılığından bəhs edən "The Women in Me" ( İçimdəki qadın) kitabını nəşr etdirib.
Lent.az-ın xəbərinə görə, müğənni tezliklə kitabın satışa çıxacağını söyləyib. O əlavə edib ki, bu kitabı yazmaq üçün dəfələrlə psixoloji müalicə almalı olub.
Qeyd edək ki, Britni bir müddət öncə avtobioqrafik kitab yazacağını, bir çox sirləri açıb tökəcəyini, siyasi fiqurlarla olmuş sevgi macəralarından bəhs edəcəyini demişdi. O, bu etirafından sonra təzyiqlərə məruz qalmış, kitabın işıq üzü görməməsi üçün müxtəlif məmurlar tərəfindən cəhdlər edilmişdi.