Beyonsdan fanatına  53 min dollarlıq   hədiyyə
07 iyun 2023 19:00 (UTC +04:00)

Beyonsdan fanatına 53 min dollarlıq hədiyyə

Ameriaklı pop müğənni Beyons fanatına 53 min dollarlıq gün eynəyi bağışlamaqla onu şoka salıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, uzun illər Beyonsun pərəstişkarı olmuş gənc onun konsertinə bilet alıb.

Konsert zamanı Beyons öz gözündəki eynəyi həmin gəncin üstünə atıb. Fanatı eynəyi havada yaxalayıb. Mühafizəçilər eynəyi gəncin əlindən alsalar da, müğənni eynəyi yenidən ona bağışlayıb.

“Mən sevindiyimdən nitqimi itirmişdim. Bu hədiyyəni ömrüm boyu saxlayacam”, - gənc bildirib.

Beyonsun hədiyyə etdiyi eynək “Off-Whiteі” brendinə məxsusdur və qiyməti 53 min dollar təşkil edir.

# 2097
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar