Beyons  metronun işləməsi üçün   100 min dollar xərclədi
07 avqust 2023 14:32 (UTC +04:00)

Beyons metronun işləməsi üçün 100 min dollar xərclədi

Dünya şöhrətli müğənni Beyons konsertindən sonra insanların nəqliyyatla bağlı probleminin yaranmaması üçün Vaşinqton metrosunun işinin 1 saat uzadılmasına 100 min dollar xərcləyib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, ulduz müğənninin konserti havanın pis olması səbəbindən 2 saat gec başlayıb. 

Müğənni insanların konsertdən sonra evlərinə rahat gedə bilmələri üçün metropoliten işçilərinin əlavə iş saatlarının ödənişini üzərinə götürüb. Bu maddə onun qastrol rayderində də qeyd edilib. 

Qeyd edək ki, Beyons “Renaissance” adlı konsert proqramı ilə dünya turuna çıxıb. Qastrollar oktaybrın 1-nə qədər davam edəcək.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3702
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar