Dünən bloger Leyla Mirzəliyevanın bədəninin çürüməsi barədə xəbər vermişdik.
Lent.az-ın xəbərinə görə, Leyla Mirzəliyevanın orqanizmi estetik əməliyyatlar nəticəsində bədəninə yeridilmiş süni gellər və dolquları qəbul edə bilmir. Elə bu səbəblə də çürümə başlayıb. İzləyicilərin narahatlığını nəzərə alan Leyla Mirzəliyeva daha bir paylaşım edərək, əməliyyata girəcəyini deyib.
“Mən elə bilirdim, məni qınayacaqlar. Amma hər kəs dəstək oldu. Təşəkkür edirəm, hamı haqqını halal etsin, xarakterimlə kimi incitmişəmsə üzrlü saysın. Ağır əməliyyat olacaq, hazırlıq gedir”,- deyə o bildirib.
Dünən Leyla Mirzəyeva paylaşımında sağ qalma şansının 10 faiz olduğunu yazmışdı.