Azərbaycanlı müğənniyə görə Rusiyada yollar BAĞLANACAQ
17 noyabr 2022 18:00 (UTC +04:00)

Azərbaycanlı müğənniyə görə Rusiyada yollar BAĞLANACAQ

"Jony" ləqəbli azərbaycanlı ifaçı Cahid Hüseynlinin Nijni-Novqorod şəhərində konserti olacaq.

Lent.az xəbər verir ki, bu barədə ifaçı öz sosial şəbəkə hesabında məlumat verib.

Noyabrın 19-a təyin olunan konsertə biletlərin qiyməti 2600-5000 rubl arasında dəyişir (təqribən 72-135 manat).

Məlumata görə, Nijni Novqorod şəhər administrasiyası həmin gün konsertlə əlaqədar idman sarayının yaxınlığında nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı barədə xəbərdarlıq edib.

# 3516
avatar

Fidan İlqar

Oxşar yazılar