Azərbaycanlı müğənni İlhamə Qasımovanın həyat yoldaşı vəfat edib.
Lent.az-ın məlumatına görə, ifaçı bu barədə "ABC 24"ə açıqlamasında deyib:
"Ailə həyatım 4 il əvvəl bitib. Şayiələr yayıldı ki, boşanıb. Dedim, ayıbdır, sabah biləndə xəcalət çəkəcəksiniz. Verilişlərdə bu haqda çox suallar verildi. Məcbur açıqlayıram. Xəstəliklə əlaqədar dünyasını dəyişdi. Səhnədən uzaqlaşdım, Amerikaya getdim. Çox pis idim, depressiyaya düşdüm. Dərmanlar içirdim".