Azərbaycanlı model boşandığı ərindən  DANIŞDI
29 noyabr 2021 11:49 (UTC +04:00)

Azərbaycanlı model boşandığı ərindən DANIŞDI

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model və aktrisa Günay Musayeva boşandığı əri haqda danışıb. 

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, məşhur model jurnalistlərin “Keçmiş həyat yoldaşınızla görüşürsünüz”, “Övladına aliment ödəyir” suallarına sərt reaksiya verib. 

Günay Musayeva cavabında “Nə aliment? Heç uşağını da axtarmır. Onun puluna ehtiyacımız da yoxdur!” - deyib. 

Günay Musayeva 2011-2015-ci illərdə aktyor Tolqa Karellə evli olub. Onların Cihangir Can adında bir oğlu var. 

Tolqa Karel hazırda Amerikada yaşayır. Evlidir və 2 uşağı var. 


 

# 3819
avatar

Sevinc Fərid

Oxşar yazılar