Müğənni Natavan Həbibi keçmiş həyat yoldaşı Dado Əliyevlə yenidən bir araya gəlib.
Lent.az xəbər verir ki, Natavan Həbibi sosial şəbəkə hesabında paylaşdığı videoda keçmiş həyat yoldaşı Dado ilə birlikdə görüntülənib.
Reper Dado müsahibələrindən birində ayrılmalarına baxmayaraq tez-tez bir araya gəlmələrini belə açıqlamışdı.:
“Övladımıza görə bu gün bir yerdəyik. İstəmirəm ki, övladım valideynlərsiz böyüsün. Nə olur olsun yenidən evə, uşağımızın yanına qayıdırıq".
Qeyd edək ki, Natavan və Dado 2017-ci ildə ailə qurub. Toydan bir neçə ay sonra cütlük ayrılıb. Dado, boşandıqlarını instaqram səhifəsində bildirmişdi. Onların Zeyd adlı bir oğlan övladı var.