Aygün Kazımova yeni fotosessiyası ilə tamaşaçılarını sevindirib.
Lent.az-ın məlumatına görə, Türkiyədə Erman İştahinin kameraları qarşısında poz verən müğənni 60-cı illərin qadınları kimi geyinib, saç düzümü etdirib. Onun saç düzümü xüsusi marağa səbəb olub.
Bu obrazda onu dünya şöhrətli aktrisa Sofi Lorenə bənzədiblər.
Qeyd edək ki. Aygün Kazımovanın bundan öncə etdirdiyi fotosessiyanın mövzusu Barbi gəlinciyi idi.