Müğənni Roza Zərgərli yeni biznesə başlayıb.
Lent.az xəbər verir ki, o, bunu "Həmin Zaur" proqramında açıqlayıb. İfaçı tikinti işi ilə məşğul olacağını deyib:
"Böyük biznes var, onunla məşğulam. Tikinti sahəsi olacaq. Başım buna qarışıb".
Bundan başqa, aparıcı gün ərzində nə qədər pul xərclədiyini soruşub, o isə cavabında günə 700 manat xərclədiyini deyərək, əlavə edib ki, "Maaşları da saysaq, aylıq xərc 20 minə gəlib çıxır".